Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq

Türkiyə hökuməti iyulun 1-dən şəhər ərazilərində xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

“İyulun 1-dən şəhərlərdə xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı yaşama kvotası 25%-dən 20%-ə endiriləcək. Azı 1200 rayon mövcud kvotanı aşdığı üçün xarici vətəndaşların üzünə bağlanacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Türkiyədə ilk dəfə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvota fevral ayında tətbiq olunub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …