Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə XİN başçısının müavini: “Şuşa Bəyannaməsinin ildönümündə Azərbaycandayıq”

“Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümündə gələcəyə doğru möhkəm addımlarla irəlilədiyimiz ümumi məqsədlərimizi və həmrəyliyimizi bölüşmək üçün Qarabağda, Can Azərbaycandayıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tviter hesabında yazıb.

Qeyd edək ki, bu gün “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. Bəyannamə 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …