Bazar , 8 Fevral 2026
Drone Cameras

Ukraynada rus musiqisinin yayımına və Rusiyadan kitab idxalına qadağa qoyulub

Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb.

Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib.

“Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərindən və Belarusdan kitab və digər nəşriyyat məhsullarının idxalı və yayılmasını qadağan edib”, – Jeleznyak yazıb.

Rus ədəbiyyatının idxalına qadağa 306 deputat tərəfindən dəstəklənib.Emil HüseynliAZƏRTAC-ın xüsusi müxbiriKiyev

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …