Şənbə , 5 Aprel 2025
Drone Cameras

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib

Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

Check Also

MN-də bir milyon manatdan çox mənimsəmə faktı ilə bağlı məhkəmədə: Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi

Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid …