Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1973-cü iltəvəllüdlü Musayev Zaur Ağayar oğlu bədənin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Z. Musayev tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Yaralı əməliyyat olunub, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …