Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Brüsseldə Aİ-nin sammiti başlayıb, Ukraynaya namizəd statusunun verilməsi müzakirə olunur

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb.

Boyukmillet.com-un xəbərinə görə, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …