Bazar , 15 Noyabr 2026
Drone Cameras

Beyləqanda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib, araşdırma aparılır

Beyləqan rayonunda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib.

Boyukmillet.com xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …