Bazar , 5 Aprel 2026
Drone Cameras

Prezident qəzetlərə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında” sərəncam imzalayıb.

boyukmillet.com  xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …