Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət Agentliyinin sədri BMT-nin sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində keçirilən “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları – Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyiş” adlı sessiyada çıxış edib. Tədbir Azərbaycan Respublikası və Malayziyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri ilə BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Tədbir həm də 23 İyun – BMT Dövlət Xidmətləri Gününün qeyd edilməsi münasibətilə reallaşdırılıb.

Dövlət Agentliyinin sədri açılış çıxışı zamanı dövlət xidmətlərinə şəffaf, səmərəli və bərabər çıxışın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması istiqamətində 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” tərəfindən həyata keçirilən işlərlərdən bəhs edib.

Dövlət idarəçiliyində rəqəmsal texnologiyalar və elektron hökumətin tətbiqinin genişləndirilməsinin zəruriliyinə toxunan Ülvi Mehdiyev müvafiq sahə üzrə Dövlət Agentliyi tərəfindən əldə edilmiş nailiyyətləri vurğulayıb. Qeyd olunan sahələrdə beynəlxalq əməkdaşlığın və bu çərçivədə qarşılıqlı təcrübələrin bölüşülməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan əlavə “ASAN xidmət”in Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq bəndlərinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli rolu vurğulanıb və hazırda 2030 Gündəliyinin “Heç kəsi geridə qoymamaq” vədi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üzrə işlərin uğurla davam etdirildiyi bildirilib.

Açılış sessiyası zamanı Dövlət Agentliyinin sədri ilə yanaşı BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri və Malayziya Baş Nazirinin xüsusi məsələlər üzrə müşaviri çıxış ediblər.

Tədbir panel iştirakçıları tərəfindən edilən müxtəlif təqdimatlarla və interaktiv müzakirələrlə davam edib.

Sima Babayeva

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …