Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Blinken: “Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibənin bitməsini sürətləndirməlidir”

Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün zəruri olan sığorta və nəqliyyat üçün xüsusi istisnalar etmişik”, – Blinken deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi planı hazırladığı barədə məlumat yayılıb.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …