Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Nazir Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda iyunun 27-də yeni bir format olan Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci görüşünün uğurla keçirildiyi qeyd edilib. Əlaqələrin genişlənməsinin regional sülh və tərəqqiyə müsbət töhfə verdiyi vurğulanıb.

B.Akgün Azərbaycan ilə təhsil sahəsində uğurla davam edən əməkdaşlığı qeyd edib, gələcək fəaliyyət planları barədə məlumat verib. Azərbaycanın Təhsil Nazirliyi ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsində maraq ifadə edilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …