Madriddə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Boyukmillet.com xəbər verir ki, tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
İ.Qaribaşvili Gürcüstanla Fransa arasında uzunmüddətli tərəfdaşlığın dərinləşdirilməsinə ümidvarlıq ifadə edib.
Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda dinamik və intensiv əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.