Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ərdoğan “Freedom House”a sərt cavab verib

“Onların özlərini sorğulaması lazımdır. 40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu “Freedom House”?”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən “Freedom House” nümayəndəsinə deyib.

“Gəlsinlər bir dəfə də Diyarbakırdakı o anaları ziyarət etsinlər. İnsanların övladlarını qaçıran HDP-çilər, PKK-çılar, YPG-çilər bunu azadlıq adınamı edirlər? Bu necə bir azadlıqdır?! “Azadlığ”ın tərifini düzgün bilməliyik. Azadlıq mənim azadlıq sahəmin sizin azadlıq sahənizə qədərdir, sizin azadlıq sahəniz isə mənim azadlıq sahəmə qədərdir”, – dövlət başçısı vurğulayıb.

Check Also

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com …