Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.

Check Also

Azıx mağarasında tapılmış 300-dən çox nümunə təhlil üçün Almaniya, Norveç və Danimarkaya göndərilib

Azıx mağarasındakı arxeoloji qazıntılar zamanı tapılan 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə təhlil üçün …