Şənbə , 23 Noyabr 2024
Drone Cameras

SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub.

Boyukmillet.com-un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkətin ümumi dövriyyəsi 56,3 % artaraq 77,5 milyard manata çatıb.

Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Beləliklə, SOCAR gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.

Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.

Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, “Petkim” və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.

2021-ci ildə “Petkim” və STAR NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və 100,8%-ə yüksəlib. Bununla yanaşı, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44 % və 197,3 %, ixrac gəlirləri isə 152 % və 11 dəfədən çox artıb. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.

Şirkətin 31.12.2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” müsbət rəy verib.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …