Bazar , 22 Noyabr 2026
Drone Cameras

ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək niyyətindədir

ABŞ Rusiyaya qarşı sanksiya rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə davam edəcəyik. Nəinki sanksiyaları tətbiq etməyi, həm də onları genişləndirməyə davam edəcəyik, həmçinin onların digər ölkələr tərəfindən həyata keçirilməsinə nəzarəti gücləndirəcəyik”, – Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …