Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

KİV: “Twitter” Maskı məhkəməyə verib”

“Twitter” amerikalı biznesmen İlon Maskı məhkəməyə verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Bildirilib ki, şirkətin iş adamını məhkəməyə verməkdə başlıca məqsəd onu kompaniyanı satın almağa vadar etməkdir.

Xatırladaq ki, “Twitter” amerikalı milyarder İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verəcəyini açıqlamışdı. İ.Maskın sözlərinə görə, sosial şəbəkə saxta və spam hesabların sayını aşağı qiymətləndirərək onların sayının istifadəçilərin 5 %-ni keçmədiyini bildirib.

Qeyd edək ki, İlon Mask amerikalı sahibkar, mühəndis və milyarderdir. O, “SpaceX” kosmik şirkətinin təsisçisi, baş direktoru və baş mühəndisidir. Eyni zamanda, biznesmen “Tesla” şirkətinin investoru, baş direktoru və memarıdır. Bundan başqa, İ.Mask “The Boring Company”nin təsisçisi və “Neuralink” və “OpenAI”nin həmtəsisçisi.

Check Also

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq. Boyukmillet.com xəbər verir ki, söhbət …