Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə ordusunun daha bir hərbçisi terrorçuların açdığı atəş nəticəsində həlak olub

Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub.

Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbir diləyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …