Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“İyirmi birinci əsrdə belə bir hadisənin baş verməsi və davam etməsi insanlığın üz qarasıdır…”

BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin məlumatına görə, qeyd alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən indiyə kimi iki dəfədən çox artıb. Azərbaycanda isə insan alverinə qarşı mübarizəyə 2005-ci ildən başlanılıb və bu sahədə bir çox nailiyyətlər əldə olunub. Nazirlər Kabinetinin insan alveri qurbanları üçün təyin etdiyi kompensasiya əvvəl 33 manat idisə bu gün artıq həmin məbləğ 700 manata qaldırılıb.
Moderator.az-a açıqlamasında “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, insan alverinə qarşı hər zaman ciddi mübarizə aparılmalıdır:
“İnsan alveri təkcə bizdə deyil, bütün dünyada var. Bu əlbəttə hansı ölkədə olursa, olsun buna qarşı ciddi mübarizə aparılmalıdır. O cümlədən də Azərbaycanda yadımdadır insan laverinə qarşı çox ciddi sistem qurulmuşdu və bizim indiki daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov buna rəhbərlik edirdi. Bununla yanaşı, ictimai təşkilatlarla əməkdaşlıq edirdilər. İnsan alveri deyəndə təkcə qız uşaqları deyil, oğlan uşaqlarının da adı bura aiddir. Düşünürəm ki, bu yenə də davam etməlidir. Baxmayaraq ki, bu qədər tədbirlər görülür, amma yenə bunun qarşısı yetərincə alınmayıb. Görünür bunun üçün başqa yollar da düşünülməlidir. Dünyanın bütün ölkələrində insan alveri var və buna qarşı çox ciddi şəkildə mübarizə aparılmalıdır. Qadın və qız alveri hansı millətə aid olmasından asılı olmayaraq qəbuledilməzdir. İyirmi birinci əsrdə belə bir hadisənin baş verməsi və davam etməsi insanlığın üz qarasıdır”. 

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …