Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Əl-Cəzirə” Media İnstitutunun əməkdaşı: “Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”

“Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”.

Boyukmillet.com xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib.

“Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur”, – o qeyd edib.

Bakıda səfərdə ikən muzeydə ötən 150 ildə dərc edilmiş qəzetlərlə qarşılaşdığını vurğulayan ekspert həmin nəşrlərin bu günədək gəlib çıxmasında başlıca səbəbi olaraq onların etibarlı və oxunaqlı olmasını göstərib.

Check Also

Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin …