Cümə , 22 Noyabr 2024
Drone Cameras

AĞIR DURUMDA OLAN JURNALİSTLƏRƏ KÖMƏK EDƏK!

Dostlar, ikinci dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər.

Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər.

İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, həyatda heç kim səhvlərdən sığortalanmayıb. Yalnız ölülər səhv etmir! Bu fəlsəfəni rəhbər tutaraq köməksiz vəziyyətdə olan bu jurnalistlərin əməlində günahsızlıq axtarmadan, düşünürəm ki, onların əfv olunması üçün Azərbaycan Prezidentindən xahiş etmək üçün məqamdır.

Xatırladım ki, Sənan Həsənoğlu  (Abdullayev) xeyli müddətdir jurnalist fəailiyyəti ilə məşğul olub. O, bunun 20 ilini “AZTV”, “SPACE” və  “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində də çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı Sənan Həsənoğlunun fəaliyyəti  hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb və s. Elə problem də bundan sonra yaranıb. Goranboy Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahiblərinin şikayəti  əsasında həbs olundu. Artıq 1 ilə yaxındır həbsdədir. O, ağır ürək və şəkər xəstəsi olsa da, məhz belə bir zülmə məhkumdur. Sənan Həsənoğlundan və onunla birgə həbs edilən İlqar Ataybəydən şikayət edənlərin ərizələrini geri götürdükləri, yəni onların günahından keçdiklərini mənə bildirdilər.

Hesab edirəm, Milli Mətbuat günü ərəfəsində onların əfv olunması Allaha da xoş gedər. İstəkli həmkarlar, belə bir ərəfədə hər iki şəxsin ailəsinin durumunu, onların səhhətindəki ciddi problemləri nəzərə alaraq əfv olunmaları üçün cənab Prezidentə müraciətimiz yerinə düşər. İnanıram ki, cənab Prezident hər iki jurnalistin azad edilməsinə qərar verər, İnşəllah!

Allah heç bir kəsi ümidsiz etməsin!

Asif Mərzili,

«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri,

Avropa Mətbuat Federasiyasının üzvü   

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …