Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub

Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.

Boyukmillet.com xəbər verir ki, hadisə “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …