Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə Rusiyaya xəbərdarlıq edib

“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.

“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, – o söyləyib.

Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: “Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta “Taxıl sazişinə”də mane olmaq istəyirdilər”.

Check Also

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com …