Bazar , 11 Yanvar 2026
Drone Cameras

Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşları saxlanılıb

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, saxlanılan şəxslərin Şəki rayon sakinləri – 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib.

Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.

Hazırda Baş Prokurorluq və DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …