Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ukrayna Belarusla gəmiçilik müqaviləsini ləğv edib

Ukrayna Nazirlər Kabineti Belarusla daxili gəmiçiliklə bağlı müqaviləni pozub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuka istinadən məlumat yayıb.

Belarus hökuməti ilə daxili su yollarında naviqasiya haqqında saziş denonsasiya olunub.

Qeyd edək ki, 1998-ci ildə imzalanan bu sənəd Ukrayna ilə Belarus limanları arasında sərnişinlərin və yüklərin daşınmasına, həmçinin hər iki ölkənin daxili su yolları vasitəsilə tranzit daşımalara icazə verib.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …