Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib

Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib.

Boyukmillet.com xəbər verir ki, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.

Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.

Eyni zamanda qeyd edilir ki, məhz onun fəaliyyətsizliyi səbəbindən əsgərlər ikinci Qarabağ müharibəsi zamanı döyüş mövqelərindən qaçıb.

Polkovnik S.A. “döyüş növbətçiliyi qaydalarını pozma” və digər maddələrlə ittiham olunur.

Hazırda təhqiqat davam edir.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …