Bazar , 8 Fevral 2026
Drone Cameras

Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb

2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb.

Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var.

“Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin 126 vətəndaşı Türkiyədən deportasiya olunub”, – nazirlikdən bildirilib.

Bu ilin ilk 7 ayında Aİ-nin 6 ölkəsinin 20 vətəndaşı Türkiyədən çıxarılıb.

2019-cu ildən sonrakı dövrdə deportasiya edilən silahlıların sayında ilk yerləri Fransa, Almaniya, Niderland, Belçika, Finlandiya, Rumıniya, İsveç və Avstriya vətəndaşları tutur.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …