Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Birdəfəlik ödəmələrin verilməsi göstərir ki, müharibə iştirakçılarının hər biri Azərbaycan dövləti üçün əzizdir- Emin Həsənli

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Xatırladaq ki, lk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb.

“Ölkə başçısı İlham Əliyev daim müharibə iştirakçılarına, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərib”.

Bunu “İki sahil”ə açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

QHT sədri bildirib ki, Qarabağ müharibəsi əlilləri, eyni zamanda, 20 Yanvar və Çernobıl hadisəsinin iştirakçıları mənzillərlə, protezlərlə təmin edilib: “Onların sağlamlıqlarının bərpası üçün xüsusi proqramlar hazırlanıb, xarici ölkələrdə müalicə olunublar. Hətta özəl universitetlərə qəbul olunduqda belə təhsil haqları dövlət tərəfindən ödənilib. Məşğulluq məsələlərinin həlli istiqamətində xeyli addımlar atılıb. Özünüməşğulluq prosesinə cəlb ediliblər. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Cənab Prezident çıxışında da dəfələrlə qeyd edib ki, o müharibə iştirakçılarına fərq qoymur.”

E.Həsənli qeyd edib ki, müharibə iştirakçılarının hər biri Azərbaycan dövləti üçün əzizdir: “İstər 20 Yanvar, istərsə də Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, hətta Çernobıl və İkinci Dünya müharibəsində iştirak edən şəxslər də hər biri bərabər tutulur. Onların hər birinin xidməti yüksək qiymətləndirilir. Bu istiqamətdə Prezident İlham Əliyevin Fərman və sərəncamları var. Qanunvericilik bazası var”.

Günel Eyyubova, “İki sahil”

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …