Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb

İran Amerika Birləşmiş Ştatlarından iqtisadi səmərəyə dair zəmanət aldıqda, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə tam əməl etməyə qayıdacaq.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib.

“İran 2021-ci ilin aprel ayından sazişin tam icrasını bərpa etmək üçün digər iştirakçılarla vicdanla danışıqlar aparır. Bu məqsədə nail olmaq ləngiyir, çünki ABŞ hələ də İranın sazişdə vəd etdiyi iqtisadi faydaları alacağına zəmanət vermək qərarına gəlməyib”, – Taxt Rəvançı bildirib.

“ABŞ düzgün qərar qəbul etdikdə, İran da öz növbəsində islahedici hərəkətlərini dayandıracaq və 2015-ci il razılaşmasına uyğun olaraq nüvə sahəsi ilə bağlı tədbirlərin tam şəkildə həyata keçirilməsini bərpa edəcək”, – o əlavə edib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …