Əlimdən tuta bilmədin,ölümdə əl vermir hələ!
Adam olumun içindəgecə-gündüz ölür belə!
Yayın yağışı çox oldu,yaz da yedi yay payımdan!
Göydə bulud ağlamazdı,ağladı iç harayımdan!
Ağ ciyərimin havasıylaüzümü tutdum payıza.
Ayrılıq düşərgəsindənsözü ötürdüm kağıza!
Bu durnalar hara uçur,qoşarmı məni köçünə?!
Qəriblik örtə üstümü,qərib səsinə keçinəm…!
Uşaq vaxtı çiçək dəribəlimi qana boyadım!
Özümdən elə doymuşam,İlahi ! Səndən doymadım!Əlimdən tuta bilmədin,ölümdə əl vermir hələ!
Adam olumun içindəgecə-gündüz ölür belə!