Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsi ilə bağlı ABŞ-dan açıqlama tələb edib

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur və bu, Türkiyənin narahatlığına səbəb olur.

Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və ədalət qarşısına çıxarılmasının vacibliyini qeyd edib.

Türkiyə XİN qətlə yetirilən müsəlmanların yaxınlarına başsağlığı verib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …