Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya News” məlumat yayıb.
Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb.
Təbii fəlakət zamanı habelə daha 75 nəfər xəsarət alıb.
Qeyd edilir ki, 23 min başdan çox mal-qara və ev quşları tələf olub, 18 min 87 yaşayış binası dağılıb və ya zədələnib, 16 körpü zədələnib.