Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Boyukmillet.com xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.
Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.
Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib. Ölkə 24.475 xalı olan Yunanıstanı qabaqlayıb.
Qeyd edək ki, “Viktoriya” və “Qarabağ” arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək.