Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobili hücuma məruz qalıb, pulqabı oğurlanıb

Ermənistanın paytaxtı İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib.

Xatırladaq ki, avqustun 14-də “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər itkin düşüb. Zərərçəkənlərin ümumi sayı 62 nəfərdir.

Hazırda yaralılardan 4-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, səhhətləri qənaətbəxş qiymətləndirilir.

Dağıntılar altından 21 avtomobil çıxarılıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …