Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynanın Xarkov şəhərinə hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb, onlarla yaralı var

Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunda yataqxanaya raket hücumu nəticəsində ölənlərin sayı 13 yaşlı yeniyetmə də daxil olmaqla 17 nəfərə çatıb.

Hücum zamanı daha 42 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verib.

“Gün ərzində xilasedicilər dağılmış evləri sökdülər. Təəssüf ki, dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb”, – o deyib.

Beləliklə, Oleq Sinequbovun sözlərinə görə, indiyədək Xarkovda 2009-cu il təvəllüdlü oğlan da daxil olmaqla ümumilikdə 17 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Şəhər avqustun 18-də atəşə tutulub. Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Xarkovun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması dinc əhaliyə qarşı alçaq, kinli zərbədir, bunun heç bir əsası yoxdur və təcavüzkarın acizliyini nümayiş etdirir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …