Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Mirzə Fətəli Axundov bizə xurafatın, cahilliyin, danabaşlığın şərəfsiz üzünü göstərdi

Cəhalətin və xurafatın Bişkek üzü
Azərbaycana da siqnaldır
Molla. Saxta Hüseyn mollası.

Bişkekdə İmam Hüseyn meçeti var. Həmin meçetin mollası tərbiyəsizin biridir. Adı Mərifət olsa da özü mərifətsizlərin mərifətsizidir. 44 günlük Zəfər müharibəsində qurban getmiş öz şəhidlərimizə Polad Həşimov, Mübariz İbrahimov da daxil, o cümlədən şəhid olan bütün imamlara Allahdan rəhmət diləyirəm. Günahım, öz şəhidlərimizi başqalarından aşağı tutmamağımdır. Heç vaxt imamları aşağılayan söz işlətməmişəm. İşlətmərəm də.

Amma ermənilərə Azərbaycanlıların öldürülməsi üçün silah verən, Azərbaycana qarşı təhdidlər edən Ayətullahlara, Azərbaycana düşmənçilik mövqeyi vurğulayan İranın hərbi, siyasi və ictimai xadimlərinə qarşı öz etirazımı bildirmişəm və bildirəcəyəm. Mənə elə gəlir ki mənim bu etirazım farsbaş molla Mərifətin xoşuna gəlməyib, ona görə də mənə qarşı tərbiyəsizlik elədi. F. Mustafanın təbirincə desək: “Mirzə Fətəli Axundov bizə xurafatın, cahilliyin, danabaşlığın şərəfsiz üzünü göstərdi.

İlk dəfə o bizə öyrətdi ki, baş düşünmək üçündür, yarmaq üçün, pir daşına, qəbir daşına sürtmək üçün deyil. Bu xalq Mirzə Fətəliyə doğru, geri qayıtmadıqca irəliyə, tərəqqiyə doğru start götürə bilməyəcək.

O, bizi üfunətli iranlı kimliyindən çıxarmaq üçün həyatını sərf etdi, əslində milli dövlətimizin də yolunu açan məhz Mirzə Fətəli idi”. Amma sən bu xalqı üfunətli iranlı kimliyinə geri qaytarmaq istəyirsən mərifəfsiz Mərifət. Öz millətimizin övladlarını cəhalət və xəyanət bataqlığından birlikdə çıxarmalıyıq.


Mübarizəyə davam. Sən mollalığa yaraşmayan tərbiyəsizsən, Mərifət! Peyğəmbərimizin şəcərəsindən olan imamlara qarşı heç vaxt mübarizə aparmamışam. Amma, cəhalətə də, xurafata da qarşı olmuşam. Dinimiz islam dinidir. Sayğı ilə yanaşıram. Mənim mübarizəm sənin kimi tərbiyəsiz, savadsız cəhalət və xurafat carçılarına qarşıdır.

Nüsrət Məmmədov

Qırğızıstanda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …