Bazar , 29 Noyabr 2026
Drone Cameras

FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

“Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır”.

Bunu “Report”un Siyəzənə ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib”.

“Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var”, – o əlavə edib.

Check Also

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 …