Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Bakıda 39 yaşlı kişi üzərindəki qumbaranı partladıb

Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.

Boyukmillet.com xəbər verir ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş ilə tələb edib.

Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.

Check Also

Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, 1987-ci …