Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukraynanın Qorlovka şəhərində partlayış olub

Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub.

Boyukmillet.com xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb.

Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …