Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Yelo Bank”dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi

“Yelo Bank” ASC üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına illik cəmi 5% ilə biznes krediti təklif edir.

Əməkdaşlıq çərçivəsində təklif olunan biznes kreditinin maksimal məbləği 10 milyon manatdır. Bundan başqa kredit götürmüş sahibkarlar müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər.

2022-ci ilin ilk 6 ayı ərzində “Yelo Bank” SİF-in hesabına kredit vermiş müvəkkil bank kimi həm kreditlərin sayı (280), həm də kreditləşmə vəsaitinə görə ilk 3-lükdə qərarlaşıb. Həmin müddət ərzində Bank böyük əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real sektorun inkişafına 7 milyon manat məbləğində biznes dəstəyi göstərib. Əgər siz də dəstək krediti ilə biznesini inkişaf etdirmək istəyirsinizsə, vaxt itirmədən onlayn müraciət edə bilərsiniz: https://bit.ly/ylpwyhn

Bank xidmətləri, o cümlədən, nağd pul krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin, Facebook, Instagram və yaxud Whatsapp hesablarımıza yazın.

“Yelo Bank” – Parlaq bankçılıq!

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …