Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İndi Azərbaycan Ordusu Laçın Zirvəsindən Xankəndini daha aydın izləyir-VAQİF ABDULLAYEV

Müzəffər Azərbaycan Ordusu bu gün Laçın şəhərinə daxil olaraq rayon mərkəzini və Zabux və Sus kəndlərini nəzarətə götürüb. Beləliklə, Laçın tamamilə Azərbaycanın nəzarətindədir, şəhər sakinlərinin, Zabux və Sos kəndlərinin camaatının 28 illik həsrətinə son qoyuldu.

İndi Qarabağın ürəyindən keçən, Şuşaya aparan Yol – Laçın tamamilə azaddır.

Bu gün Laçın vüqarlı şanlı əsgərlərimiz Laçın şəhərində qürurla dayanıb. Laçın qayaları öz əzəməti və Dağ vüqarı ilə bizi qoynuna alıb. Həkəri çayı aşıb-daşır.

Sarı Aşığın, Aşıq Abbasın, Xosrov bəy Sultanovun, Sultan bəy Sultanovun, neçə-neşə igid oğulların, qəhrəmanların ruhu şaddır.

Laçın şəhərində, Zabux, Sos və digər ərazilərdə Ordumuzun və dövlətimizin nəzarətinin təmin olunması revanşist ermənilərə, onları silahlandıraraq təxribatlara çəkənlərə dərsdir, “Dəmir Yumruğun” növbəti zərbəsidir.

İndi Azərbaycan Ordusu Laçın Zirvəsindən Xankəndini daha aydın izləyir. Nə qədər ki, ermənilər qeyri-qanuni əməllərindən əl çəkməyəcəksə, Xankəndində Azərbaycan Konstitisiyasının tələblərinə əməl etməyəcəklərsə, bu Yumruq başlarını əzəcək.

Laçında Türkün Səsi və Gücü bütün dünyaya yayılır: “Ay Laçın, can Laçın. Mən sənə qurban, Laçın”.

Bu əlamətdar gündə Laçınlıları və Azərbaycan xalqını təbrik edirəm.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …