Bir qrup Kəlbəcər sakini ata-baba yurduna səfəri çərçivəsində rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.
Boyukmillet.com xəbər verir ki, onlar Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın məzarı önünə əklil və gül dəstələri qoyublar, ruhlarına dərin ehtiramlarını bildiriblər.
Kəlbəcər ziyalısı Bilal Qaraşov deyib ki, 30 ildən sonra öz ata-baba yurduna səfər etməkdə məhz şəhidlərimizə borcludur: “44 gün ərzində müzəffər Azərbaycan Ordusu dünyaya öz gücünü göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz yağı düşməni darmadağın etdi. Torpaq uğrunda ölən varsa, Vətəndir. Məhz şəhidlərimizin və qazilərimizin sayəsində 30 illik həsrətə son qoyuldu, artıq hər yerdə başı uca gəzirik”.
Qeyd edək ki, səfər Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub. Məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir.