Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycanda məmurların biznesinə böyük təhlükə – Qanun işə düşür

Lerikdə fəaliyyət göstərən “Relaks” İstirahət Mərkəzində baş verən insidentdən sonra yenidən diqqət məmur və deputatların biznes fəaliyyətinə yönəlib. 

Azərbaycan qanunverciliyinə görə məmur və deputatlar biznes fəaliyyətilə məşğul ola bilməz. Lakin reallıq bunun əsksini göstərir. Bu azmış kimi İqbal Məmmədovun timsalında bəzi deputatlar və məmurlar vergidən də yayınır.

Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli “Yeni Sabah”a açıqlamasında bildirib ki, deputat və məmurların biznes fəaliyyətilə məşğul olması ölkə iqtisadiyyatına yalnız zərər vurur.

“Onların biznes fəaliyyəti Azərbaycan kölgə iqtisadiyyatının artmasına səbəb olan amillərdəndir. Digər tərəfdən  son hadisələr göstərdi ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin hüquq və vəzifələri qanun qarşısında bərabər şəkildə təmin olunmur. Təbii ki, bunun əsas səbəbi məmur sahibkarlığır”, – deyə Nazim Bəydəmirli vurğulayıb.

Nazim Bəydərmirli hesab edir ki, bunun qarşısını almaq üçün müvafiq qanunu işlək vəziyyətə gətimək lazımdır. Həmçinin dövlətə məxsus iri vergi ödəyicilərində ciddi yoxlamalar aparılmalıdır: “Bura “Azal, “Azərişıq”, “Azəriqaz” və s. iri vergi ödəyicilərinə aiddir. Məsələ burasındadır ki, onlar dövlətə məxsus böyük layihələrdə iştirak edir, büdcədən milyonlarla manat vəsait alır, xərcləyir, sonra büdcəyə borclu qalırlar. Vergi ödəmirlər. Nəticədə isə hansısa məmura məxsus holdinqlər yaranır və bu holdinqlər yenə də büdcə hesabına böyüyürlər. Fikrimcə, artıq məmur sahibkarlığını qadağan edən müvafiq qanun işə düşməlidir”.

Keçmiş deputatın sözlərinə görə, məmur sahibkarlığının fəsadlarından biri də vergi ödəyicilərində inamsızlığın yaranmasıdır: 

“Təsəvvür edin, mən vergi ödəyirəm, amma hansısa məmur bunun hesabına özünə biznes qurur və bunu açıq şəkildə edir. Onun övladı, yaxud nəvəsi bahalı maşınlarda “avtoşluq” edir”. “MTN işi”ndə, “Rabitə işi”ndə büdcənin necə talandığı üzə necə çıxdı. Bunu görən vergi ödəyicisi doğru-dürüst vergi ödəyərmi?

Bir məsələni də qeyd edim ki, Azərbaycanda vergidən yayınan real sahibkarlıq deyil, vegidən yayınan iri holdinqlərdir ki, onların da arxasında məmurlar, yaxud başqa imtiyazlı şəxslər dayanır.

Hesab edirəm ki, indiki vergilər naziri Mikayıl Cabbarova dəstək vermək və onun atdığı mütərəqqi addımları müsbət qiymətləndirməliyik”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …