Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Vətən müharibəsi şəhidinə həsr olunan tamaşa nümayiş edilib

Cəlilabadda şəhid İşiyev Rəfail Əhmədağa oğlunun “Ana məni bağışla” tamaşası nümayiş edilib.

Boyukmillet.com xəbər verir ki, tamaşa Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Tamaşanı şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər izləyiblər.

Qeyd edək ki, Rafail İşiyev 1979-cu ildə Cəlilabad rayonunda anadan olub.

Noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Göstərdiyi igidliklərə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …