Bazar , 15 Noyabr 2026
Drone Cameras

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi keçirilib.

Boyukmillet.com xəbər verir ki, iclasda UWW-nin Büro üzvü Namiq Əliyev, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak edib.

Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən qurumun İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …