Bazar , 12 May 2024
Drone Cameras

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yeni əraziləri azad edib

Cənubdakı Ukrayna qüvvələri Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə doğru daha bir neçə kilometr irəliləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. Onun sözlərinə görə, cənub istiqamətində yeni şad xəbərlər var:

“Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki, onların adlarını açıqlamırıq”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatları zamanı müəyyən uğurlar əldə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov və Yujnobuqski istiqamətində 700 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.

Check Also

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. …