Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

Şənbə günü Tacikistan və Qırğızıstan bir-birini atəşkəsi pozmaqda ittiham edib. Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, silahlı toqquşmalar nəticəsində 24 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Nazirliyi 136 mindən çox vətəndaşın münaqişə zonasından təxliyə edildiyini bildirib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …