Bazar , 29 Mart 2026
Drone Cameras

Çavuşoğlu: “ABŞ hələ də PKK-nı dəstəkləyir”

“Təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.

“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”, – nazir deyib.

Nyu-Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …