Bazar , 8 Fevral 2026
Drone Cameras

Azad edilən ərazilərdə daha 190 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …