Biləsuvar rayonunun Mərkəzi Parkında torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda şəhid olmuş igid vətən oğullarının və qızlarının Anım günü qeyd olunub.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Ziyarətçilər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini yad ediblər.
Tədbirdə şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.